İT Biznes Analitik
İnformasiya Texnologiyaları
- Maaş aralığı (AZN)
- 1,600 – 2,000 AZN
- İş qrafiki
- 9:00-18:00
- Son müraciət tarixi
- 2026-07-31
- Təhsil
- Bakalavr
- İş təcrübəsi
- 3+
- Peşəkar bacarıqlar
- MS Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı
- Şəxsi keyfiyyətlər
- Güclü analitik düşünmə, planlaşdırma, problem həll etmə və qərarvermə bacarıqları; Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı; Vaxtın səmərəli idarə olunması və çoxsaylı layihələri paralel şəkildə idarə etmək bacarığı
Təsvir
Haqqında geniş məlumatlar
Vəzifə Öhdəlikləri
Layihələrin planlaşdırılması, koordinasiyası və icrasına ümumi nəzarətin həyata keçirilməsi; Layihə planlarının və iş qrafiklərinin hazırlanması, icra vəziyyətinin monitorinqi və yenilənməsi; Layihələrin texniki və kommersiya proseslərinin effektiv koordinasiyasının təmin edilməsi; Müştərilər, tərəfdaşlar və digər maraqlı tərəflərlə işgüzar əlaqələrin idarə olunması; Texniki tapşırıqların, layihə sənədlərinin və digər əlaqəli sənədlərin hazırlanması və idarə olunması; Texniki spesifikasiyaların təhlili, yoxlanılması və razılaşdırılması; Layihə risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi; Layihə çərçivəsində dəyişikliklərin idarə olunmasının təmin edilməsi; Müqavilələrin texniki və kommersiya şərtlərinin koordinasiyası; Layihə iclaslarının təşkili, görüş protokollarının hazırlanması və icra vəziyyətinin izlənilməsi; Xarici tərəfdaşlar, istehsalçılar və təchizatçılarla koordinasiyanın təmin edilməsi; Təchizatçıların texniki və kommersiya baxımından qiymətləndirilməsinin aparılması; Layihə üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Müştərilər üçün təqdimatlar və məlumat materiallarının hazırlanması; Neft-qaz, mədən və sənaye sektorları üzrə bazar araşdırmalarının aparılması.
