JobPark

Rossmann Azərbaycan

rossmann.az

Rossmann 1972-ci ildə Almaniyada özünəməxsus "Drogeriemarkt" (fərdi qulluq, kosmetika və sağlamlıq bazarı) konsepsiyası ilə Dirk Rossmann tərəfindən yaradılmışdır. Qurulduğu gündən etibarən davamlı inkişaf edərək Almaniyanın pərakəndə ticarət sahəsində nəhəng şirkətlərindən birinə çevrilmişdir. Almaniyadan kənardakı ilk mağazasını 1992-ci ildə Polşada açan Rossmann hazırda Almaniya, Polşa, Macarıstan, Çexiya, Albaniya, Kosovo, İspaniya, Türkiyə və Azərbaycanda fəaliyyət göstərir. Şirkətin ümumilikdə 4,700-dən çox mağazası və 62,100-dən çox əməkdaşı var. 2022-ci ildə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən Azərbaycan bazarına gətirilən Rossmann brendinin hazırda ölkəmizdə 45 mağazası və 300-dən çox işçisi var. Rossmann mağazaları geniş məhsul çeşidi ilə yanaşı, özəl brendləri ilə də fərqlənir. Müştərilər tərəfindən sevilən Isana, Alterra, Rival De Loop, Rival Loves Me, For Your Beauty, Ener Bio, Laudatio, Prokudent, Domol, Ideenwelt, Rubin kimi 45 fərqli özəl marka yalnız Rossmann mağazalarında təqdim olunur. Bundan əlavə, Rossmann-da bir çox qlobal və yerli brendlərin məhsullarını da əldə etmək mümkündür. Rossmann mağazalarında geniş kateqoriyalara aid məhsullar təqdim olunur: Dəri və bədən baxımı (geniş üzvi və vegan məhsul çeşidi daxil olmaqla) Makiyaj məhsulları Ağız və diş baxımı Saç baxımı Körpə baxımı Ətirlər Təbii qidalar və qəlyanaltılar Sağlamlıq və gigiyena məhsulları Ev təmizliyi vasitələri Dəftərxana ləvazimatları Oyuncaqlar Ev və məişət avadanlıqları (mətbəx aksesuarları, kiçik məişət avadanlıqları, dekorativ məhsullar və s.) Rossmann, hər kəsin ehtiyaclarına cavab verən geniş məhsul çeşidi və keyfiyyətli xidmət anlayışı ilə müştərilərinə xidmət göstərir.

← Bütün şirkətlərə qayıt

Açıq Vakansiyalar

8 vakansiya
IT Biznes Analitik

İnformasiya Texnologiyaları

ITTam ştatOfisdən
2,200 – 2,600 AZN
Memar

İnsan Resursları

TikintiTam ştatOfisdən
900 – 1,300 AZN
Backend Proqramçı

İnformasiya Texnologiyaları

ITTam ştatOfisdən
3,000 – 3,500 AZN
Mühasib (ABŞ Əməliyyatları)

—

MaliyyəTam ştatOfisdən
1,600 – 2,000 AZN
QA Mühəndis Team Lead

İnformasiya Texnologiyaları

ITTam ştatOfisdən
3,000 – 3,500 AZN
Kassir

—

SatışTam ştatOfisdən
600 – 900 AZN
İT Biznes Analitik

İnformasiya Texnologiyaları

ITTam ştatOfisdən
1,600 – 2,000 AZN
Mobil Proqramçı

İnformasiya Texnologiyaları

MarketinqTam ştatOfisdən
2,500 – 3,000 AZN
JobPark ilə işə qəbul edilir